“Bakı-2015” Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının “Gənc reportyorlar” təşəbbüsünü dəstəkləyir

 

İlk dəfə keçiriləcək Avropa Oyunlarını işıqlandırmaq üçün 10 yazarın cəlb olunacağı “Gənc reportyorlar” təşəbbüsünü reallaşdırmaq üçün “Bakı 2015" Oyunlarının təşkilatçıları Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ilə səylərini birləşdirmişdir. Yeni innovativ proqram sayəsində dünyanın perspektivli gənc idman jurnalistlərinə “Bakı-2015” birinci Avropa Oyunlarında işləmək imkanı veriləcəkdir.

Avropanın müxtəlif ölkələrini təmsil edən beş qadın və beş kişi jurnalistdən ibarət qrup “Bakı-2015" Oyunlarında təcrübəli idman reportyorları ilə yan-yana çalışmaq imkanı əldə edəcəkdir. 

Azərbaycan Respublikasının gənclər və idman naziri, “Bakı-2015" Oyunlarının baş icraçı direktoru Azad Rəhimov bildirmişdir ki, bu, istedadlı gənc jurnalistlərin dünyanın ən qabaqcıl idman reportyorlarının təcrübəsini öyrənmələri üçün əvəzsiz imkandır. Tarixdə birinci dəfə keçiriləcək Avropa Oyunlarında işləmək imkanı nadir şansdır. Əminəm ki, təcrübəli jurnalistlərlə çiyin-çiyinə işləmək nəticəsində əldə edilən təcrübə bir çox gəncin karyerasında böyük təkan olacaqdır”.

“Bakı 2015"in yarışlardan sonra təlimli və təcrübəli işçi heyət kimi uzunmüddətli bir miras qoymaq vədinə uyğun olaraq, seçiləcək on gənc reportyordan ikisi Azərbaycanı təmsil edəcəkdir.

Hazırda AIPS-ın Bakıda keçirilən 77-ci konqresində dünya idman məsələləri və irimiqyaslı tədbirlərin işıqlandırılmasında medianın gələcəyi mövzuları müzakirə olunur.

Konqresdə AİPS-in prezidenti Canni Merlo bildirmişdir ki, potensiallı gənc jurnalistlərə bacarıqlarını inkişaf etdirmək imkanı tanımaq üçün “Bakı 2015" ilə səylərimizi birləşdirməkdən olduqca məmnunuq. Gənc jurnalistlərlə təcrübələrimizi bölüşmək, onlara bu qəbildən olan irimiqyaslı beynəlxalq idman tədbirlərində çalışmaq üçün vacib biliklər qazanmaqda yardım etmək bizim üçün çox önəmlidir. Bu proqramın həyata keçirilməsini və gənc istedadların təlimləndirilməsində ”Bakı 2015"in Əməliyyat Komitəsi ilə birgə işləməyi səbirsizliklə gözləyirik. 

AİPS daha əvvəllər də Bakıda gənc reportyorlar təşəbbüsünü uğurla həyata keçirmişdir. Dünya ölkələrindən seçilmiş 20 jurnalistdən ibarət qrup 2012-ci ildə keçirilmiş “FİFA U-17" qadınlar arasında dünya çempionatında yerli və beynəlxalq KİV nümayəndələri ilə yan-yana işləmişdir.

“Bakı-2015"in mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pears demişdir: ”AİPS-in “Gənc reportyorlar” təşəbbüsü yüksək səviyyəli idman jurnalistikasının təqdim edilməsinin köhnə və qəbul olunan yoludur. Gənc jurnalistlərin arzularını gerçəkləşdirməsinə kömək etmək üçün AİPS-in təcrübəli əməkdaşları ilə birgə işləməkdən çox məmnunuq və onların ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarında çalışmaqdan razı qalacaqlarına ümid edirik.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında