Azərbaycanda tranzit yüklərin daşınması üçün sürətli yol çəkilir

 

 

Hazırda Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun Bakı-Astara hissəsinin yeni variantı tikilir. Ələtdən Astaraya qədər uzunluğu təxminən 200 kilometrə yaxın olan yol sürətli və ancaq tranzit yüklərin daşınması üçün nəzərdə tutulmuşdur.

Bu barədə  “APA-Economics”ə “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev açıqlama vermişdir.

V. Hacıyev bildirmişdir ki, yeni yol mövcud yoldan əlavə olacaq və yaşayış məntəqələrindən kənarda tikiləcək: “Biz tranzit yükləri, yəni ağır tonnajlı maşınları əsas yoldan çıxara bilsək, köhnə yol insanların xidmətində yaxşı qalacaq. Məsələn, Masallıdan Lənkərana gedən təzə yola çıxmayacaq, köhnə yolla gedəcək”.

Bakı-Astara yoluna əlavə çəkilən yolun üstünlüklərindən danışan ASC-də sədr müavini demişdir ki, yeni layihə nəticəsində köhnə yoldan ağır maşınlar getməyəcək. “Nəticədə bu yol həm təhlükəsiz olacaq, həm yol nəqliyyat hadisələrinin sayı azalacaq, həm də insanlar mənzil başına tez çatacaqlar”.

V. Hacıyevin sözlərinə görə, yol tikintisi bahalı sahə olduğundan bu işlər mərhələli şəkildə həyata keçirilir. Artıq yolun 50 faizdən artığında iş gedir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında