“Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda “dəyirmi masa” keçirilmişdir

 

Aprelin 30-da Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) partiyadaxili inkişaf və intizam komissiyası “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda “dəyirmi masa” keçirmişdir.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, komissiyasının sədri Kərim Kərimov hər bir müstəqil dövlətin özünəməxsus milli ideologiyasının-dövlətçilik ideologiyasının mövcud olduğunu və milli ideologiya dövlətin daxili və xarici siyasətinin əsasını təşkil etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını azərbaycançılıq təşkil edir. Azərbaycançılıq ideologiyası YAP-ın proqramının üçüncü əsas prinsipi olmaqla özündə milli, mənəvi və ümumbəşəri dəyərlərini əks etdirir. Milli ideologiyamızın tarixi kökləri və təkamülü keçmiş dövrlərlə, xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir.

“Dəyirmi masa”da, həmçinin AMEA-nın vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli, YAP İdarə Heyətinin üzvü, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında