Daşkənddə Azərbaycan rəssamlarının sərgisi

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin, səfirliyin nəzdindəki  Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanın Dövlət Rəsm Qalereyasının və Özbəkistan Rəssamlıq Akademiyasının təşəbbüsü ilə Daşkənddəki  Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan rəssamlarının akvarel janrında çəkilmiş tablolarından ibarət “Odlar yurdunun baharı” adlı sərgi keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sərgidə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasında mədəni sahədə əlaqələrdən danışmış, sərgidə əsərləri nümayiş etdirilən rəssamlar haqqında məlumat vermişdir. O, müasir dövr Azərbaycanın tanınmış rəssamlarının sulu boya ilə yaratdıqları rəsmlərin Özbəkistanda maraqla qarşılanacağına əmin olduğunu bildirmişdir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direkroru Elnur Hüseynov belə tədbirlərin həm Daşkənddə, həm də Bakıda tez-tez keçirilməsi zəruriliyindən söhbət açmış, bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi zəruriliyinə toxunmuşdur. Rəssamlığın akvarel janrı haqqında məlumat vermişdir. Sərgidə Azərbaycan rəssamları: Nazim Məmmədov, Azad Şıxəliyev, Hafiz Kərimov, İlahə Əliyeva, Humay Axundova, Məmmədhüseyn Hüseynov, Asif Cəfərov, Elşad Hüseynov və başqalarının 50-yə yaxın tablosu nümayiş etdirilmişdir. Sonra Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa etmişlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında