Türk və Azərbaycan diaspor təşkilatları Haaqada etiraz aksiyası keçirmişlər

 

Türk və Azərbaycan diaspor təşkilatları Hollandiyanın Almelo şəhərində erməni kilsəsi qarşısında qondarma erməni soyqırımına xatirə komleksi tikilməsinə qarşı Haaqada  - Hollandiya Nümayəndələr Palatası qarşısında etiraz aksiyası keçirmişlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, mitinq zamanı iştirakçılar müxtəlif şüarlar səsləndirmiş və əllərində ermənilərin qanlı əməllərini pisləyən plakatlar, eləcə də Azərbaycan və Türkiyə bayraqları tutmuşlar. Aksiyada  Hollandiya Türk Kültür Dərnəkləri Federasiyasının sədri Arif Yakışır və Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirmişlər ki, türk ictimai təşkilatları olaraq erməni icmasının Hollandiyada insanlar arasında xaos yaradacaq, qanunsuz olaraq tikdiyi kompleksin sökülməsi üçün Almelo bələdiyyəsi və müvafiq qurumları hərəkətə gətirmək üçün çağırış edirik. Diaspor təşkilatlarının rəhbərləri bu tarixi hadisələri tarixçilərdən ibarət qrupun araşdırmalı olduğunu bəyan etmişlər.

Mitinqdə Türk və Azərbaycan təşkilatlarından Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, TOVER, UETD, Türk İslam Kültür Dərnəkləri Federasiyasının və digər təşkilatların təmsilçiləri iştirak etmişlər. Ciddi təhlükəsizlik tədbirləri altında keçən aksiya insidentsiz başa çatmışdır.

Samirə ƏLİYEVA,“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında