Lerik: Heydər Əliyev Mərkəzində daha bir gözəl ənənənin təməli qoyuldu

 

 

Azərbaycanın müstəqillik tarixi bir sıra mühüm dəyərlərlə yanaşı, yeni ənənələrin yaranması ilə də əlamətdardır. Dağlar diyarı Lerikdə yeni ailə quran gənclərin nikah mərasimlərinin rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunması daha bir yeni ənənənin təşəkkül tapması faktı kimi önəmlidir.

Bu günlərdə rayonun Vistən kənd sakinləri Elnur Fərəməz oğlu Hüseynov və Aygün İlham qızı İbadovanın toy məclisindən əvvəl rəsmi nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi hər kəsə xoş təsir bağışlamışdır. Hazırda N saylı hərbi hissədə müddətdən artıq qulluqçu kimi Vətənə xidmət edən Elnur Hüseynov üçün bu mərasim ikiqat sevincli idi. Çünki aprelin 24-ü həm də onun doğum günü idi.

 Əvvəlcə mərasim iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Mərkəzin qarşısındakı möhtəşəm abidəsini ziyarət etdilər. Bəylə gəlin abidənin önünə gül dəstəsi qoydular.

 Mərkəzdə keçirilən nikah mərasimində Lerik Rayon Qeydiyyat Şöbəsinin müdiri vəzifəsini icra edən Hökumə Turhiydə mövcud qanunvericiliyə uyğun olaraq Elnurla Aygünün nikahlarını rəsmiləşdirdi.

Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova gənclərə nikah şəhadətnaməsini təqdim etdi, onlara məhz ulu öndərlə xanımı Zərifə Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı. Yeni ailəyə Lerik rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr verildi. “Vağzalı” musiqisi səsləndi, iştirakçıların alqış sədaları altında bəylə gəlin nişan üzüklərini dəyişdirdilər, çoxsaylı təbrikləri qəbul elədilər.

 Ailə xoşbəxtliyinə qovuşan gənclər sonra ulu öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər. Həmin gün axşam şəhərdəki şadlıq sarayında gənclərin toy məclisi keçirildi.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin

bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında