Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidəni ziyarət etmişdir

 

 

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyevin Niderland Krallığının Repatriasiya və Geri Qaytarma Xidmətinin baş direktorunun dəvəti ilə bu ölkəyə səfəri davam edir.

DMX-dən bildirmişlər ki, aprelin 24-də xidmət rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ermənilər tərəfindən törədilmiş əsrin faciəsi – Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqa şəhərində ucaldılmış abidəni ziyarət etmişdir. Nümayəndə heyətinin üzvləri “Kamperfoeliestraat” parkındakı abidənin önünə gül dəstələri qoymuş, erməni vandalizminin qurbanı olmuş azərbaycanlıların xatirəsini dərin ehtiramla yad etmişlər.

Tədbirdə çıxış edənlər bildirmişlər ki, qondarma “erməni soyqırımı” iddiaları ilə dünyanı aldatmağa çalışan ermənilərin özlərini məzlum kimi göstərməyə çalışdıqları halda, XX əsrin sonunda bəşəriyyətin gözü qarşısında Xocalıda törətdikləri vəhşiliklər təkcə Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə insanlıq əleyhinə yönəlmiş cinayətdir. Son illər “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində erməni vandalizmi barədə əsl həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülmüş işlər xatırladılmışdır.

Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunmuşdur.

Mərasimdə Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev, eləcə də diplomatik nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında