“Bakı Sərnişin Nəqliyyatı” MMC-nin xidməti səlahiyyətlərini aşan hərəkətlər etmiş əməkdaşları barədə cinayət işi başlanmışdır

 

 

 

Aprelin 23-də saat 13 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında Nəqliyyat Nazirliyinin “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları Əhmədov Rəşad Yahuzər oğlu, Həsənov Fərid Kamil oğlu və digərlərinin Həsənov Vüsal İlqar oğlunun idarə etdiyi “Mercedes Benz E220” markalı 10-NN-595 dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə avtomobilə minib sonuncunun sənədlərini tələb etmələri, daha sonra V.Həsənova qarşı zor tətbiq etməklə ona bədən xəsarətləri yetirmələrində əsaslı şübhələr olduğundan həmin fakta görə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir.

 Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında