Ümummilli liderimizin xatirə medalyonları hazırlanmışdır

Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş - Almaniyanın Mayer Mint şirkəti tərəfindən istehsal olunan medalyonlar (kulon və saat) eksklüziv hüquqla satışa çıxarılır. Bu xatirə medalyonları elektron ticarət vasitəsilə eyni vaxtda dünyanın 200-ə yaxın ölkəsində yayılacaq. Azərbaycanda bu xatirə medalyonlarının eksklüziv satış hüququ VİP-Şhop.az-a məxsusdur.
Məlumat üçün qeyd edək ki, Almaniyanın Mayer Mint şirkətinin əsası dövrünün məşhur numizmatika mütəxəssisi Bernard Henrih Mayer tərəfindən 1871-ci ildə Forsheym şəhərində qoyulmuşdur.
1911-ci ildə Mayer Mint şirkətinin istehsal müəssisəsi Almaniyanın dövlət zərbxanası adına layiq görülmüşdür.
Müasir dövrə qədər ilk yaradıcısının adı ilə fəaliyyətini davam etdirən Mayer Mint şirkətinin zərbxanası istehsal sahəsini və məhsullarının çeşidini daha da genişləndirərək, qızıl-zinət və digər zərgərlik əşyaları, saatlar və qiymətli (əlvan) metallardan dəbdəbəli əşyalar hazırlanması üzrə ixtisaslaşmışdır. Xüsusən, ötən əsrin 40-cı illərindən başlayaraq, Mayer Mint zərbxanası bütün Avropada və dünyada məşhurlaşan xatirə medalyonlarının, zərgərlik əşyalarının, pul qəpiklərinin və digər numizmatika nümunələrinin ən geniş çeşidli və yüksək keyfiyyətli istehsalçısına çevrildi.
Son onilliklərdə Mayer Mint məhsulları sırasında xatirə medalyonları diqqəti cəlb etməklə şirkətin fəaliyyətində yeni bir dövrün əsasını qoymuşdur. Yalnız eksklüziv satış hüququ ilə alıcılara təqdim olunan xatirə medalyonları məhdud sayda istehsal olunur. Mahatma Qandi, Tereza Ana, Con Kennedi, İsa Peygəmbər, Roma Papası, Kəbə Evi və s. xatirə medalyonları qısa bir müddətdə dünyanın 200-ə yaxın ölkəsinə yayılıb. Mayer Mint istehsalı olan bütün məhsullar eksklüziv sayılır, onların istehsalı və satışı adları çəkilən məşhur şəxslərin hüquqi varislərinin rəsmi icazəsi ilə həyata keçirilir.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş xatirə medalyonları (kulon və saatlar) da Mayer Mint şirkətinin eksklüziv istehsalıdır. Digər eksklüziv məhsullar kimi ümummilli liderimizin adına olan xatirə medalyonlarının istehsalı və satışına da hüquqi varisinin - Heydər Əliyev Fondunun rəsmi icazəsi alınmışdır.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında