“Xalqa həsr edilmiş ömür”

 

Dünən Beynəlxalq Atatürk Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Xəlil Rza Ulutürk adına kütləvi kitabxana və “Mərhəmət elçisi” jurnalının təşkilatçılığı ilə ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilmiş elmi-nəzəri konfrans  belə adlanmışdır.

Tədbiri giriş sözü ilə açan “Mərhəmət elçisi” jurnalının baş redaktoru Şakir Əhmədli ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və dövlətimizin gücləndirilməsi istiqamətində göstərdiyi fədakarlıqdan  söhbət açaraq elmi-nəzəri konfransın əhəmiyyətini qeyd etdi.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva  çıxışında ulu öndərin  Azərbaycan elmi, mədəniyyəti və iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən danışaraq  tariximizin 30 ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin – müasir müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlı olduğunu bildirdi. Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu çıxışında tədbirin gerçək bir liderə həsr edildiyini vurğulayaraq Heydər Əliyevin  xalqımızın böyük oğlu, həqiqi lideri və fenomenal şəxsiyyət olduğunu qeyd etdi. Professor, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov  ulu öndərin şəxsi keyfiyyətlərindən və 1991-1993cü illərdə Azərbaycandakı qarışıq ictimai-siyasi mühitdən söhbət açdı. Qeyd etdi ki, bu hadisələrdən xalqı yalnız Heydər Əliyev kimi müdrik liderin  möhkəm dəyanəti və uzaqgörənliyi xilas edə bilərdi və o, bunun öhdəsindən bacarıqla gəldi.

Daha sonra professor Aqşin Babayev, xalq artisti Nəriman Məmmədov, Nizami adına Milli Ədəbiyyat İnstitutu direktorunun  müavini Şamil Sadiq və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin  Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və müstəqilliyimizin əbədi olması sahəsindəki danılmaz xidmətlərindən söhbət açdı.

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında