Xəzər rayonunun Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində reyd keçirilmişdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər rayonu Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilmişdir.
Reyd zamanı Xəzər rayonu Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə "Gilavar" iaşə obyektinin iş icraçısı R.Osmanov, "Sahil" iaşə obyektinin iş icraçısı R.Rəhimov, "Titanik" iaşə obyektinin iş icraçısı M.Muxtarov, "Dostlar" iaşə obyektinin iş icraçısı R.Mahmudov və "Laçın" iaşə obyektinin iş icraçısı B.Paşayeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar. Xəzər rayonu Buzovna çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə, iş icraçıları C.Vəliyev və V.İmanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində jərimə edilmişlər.
Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları S.Sultanov, N.Heydərov, M.Əliyev, A.Yusibov, V.Bəşirov, H.Əsgərov, Ə.Əliyev və S.Sultanov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən "Azad-T" firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 6500 manat məbləğində cərimə edilmişdir. Xəzər rayonu Şüvəlan çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə "Yeni dalğa" iaşə obyektinin iş icraçısı M.Quliyev və "Delfin" iaşə obyektinin iş icraçısı N.Mahmudova hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Xəzər rayonu Şüvəlan çimərliyində fəaliyyət göstərən "Robinzon" iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Q.Qurbanov fiziki şəxs qismində inzibati qaydada 700 manat məbləğində cərimə edilmişdir. Xəzər rayonu Mərdəkan çimərliyində fəaliyyət göstərən "Xəzri" iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı E.Məmmədov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur. Xəzər rayonu Mərdəkan çimərliyində fəaliyyət göstərən "Gilan Holdinq"ə məxsus ərazidə bərk məişət tullantılarının yığılaraq qalaqlanmasına görə J.Abdullayev vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilmişdir.
Xəzər rayonu Zirə çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Z.Əliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Xəzər rayonu Zirə qəsəbəsinin cənub hissəsində bərk məişət tullantılarını "ZİL" markalı avtomaşın vasitəsilə çöllük sahəyə atdığına görə Ş.Mirzoyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında