Azərbaycan və İspaniya arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

 

Aprelin 24-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və İspaniya arasında mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Nazir Şahin Mustafayev bildirmişdir ki, hər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir. Qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq üzərində qurulmuş əlaqələrin genişlənməsində rəsmi səfərlər və keçirilən görüşlər əhəmiyyətli rol oynayır. İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfəsini verəcəkdir.

 Hər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayan nazir mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, müqavilə-hüquq bazasının genişləndirilməsi, xüsusilə də investisiyaların təşviqi və qarşılıqlı qorunması sahəsində sazişin imzalanması əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə danışmış, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, respublikamızda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, ölkəmizin əlverişli coğrafi mövqedə yerləşdiyini, eləcə də investorlar üçün əlverişli şərait yaradıldığını vurğulamışdır.

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyo Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu demişdir. Nazir müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşərək qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ispan iş adamlarının ölkəyə investisiya qoyuluşu imkanlarını daha da artırır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında