Media və icra orqanlarının əməkdaşlıq perspektivləri

 

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi konfransda mərkəzi KİV-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, icra strukturlarının məsul işçiləri qarşılıqlı-faydalı əməkdaşlığın çağdaş durumunu və perspektivlərini geniş müzakirə etdilər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev icra qurumları ilə media orqanlarının səmərəli əməkdaşlığının problemlərin həllində, ümumi quruculuq prosesinin sürətlənməsində təsirli amil olduğunu söylədi. Bu gün geniş quruculuq meydanına çevrilmiş Sabunçu rayonunda arapılan işlərdən söhbət açan başçı jurnalistlərlə icra qurumlarının əməkdaşlığının diqqətçəkən örnəklərindən, problemlərin vaxtında aşkar edilib, aradan qaldırılmasında KİV-in önəmli rolundan söhbət açdı.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ölkəmizdə medianın problemlərinin həllinə dövlət dəstəyi təcrübəsinin inkişaf etdirilərək ciddi bir konsepsiyaya çevrilməsi tarixçəsindən danışdı, rəhbərlik etdiyi qurumun mövcud olduğu 5 ildə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. Fond rəhbəri bildirdi ki, jurnalist yaradıcılığının stimullaşdırılması medianın misilsiz səfərbəredici gücünün adamların quruculuq enerjisi ilə qovuşması üçün əlverişli mühit yaratmaqla, ölkədə demokratik proseslərin gedişinə də ciddi təsir göstərir.

 Fondun ayrı-ayrı icra qurumları ilə keçirdiyi silsilə görüşlərdə hər iki tərəf üçün faydalı əməkdaşlıq formaları və üsulları müəyyənləşdirilir, jurnalist-məmur dialoqu normal, təşəbbüskar məcraya yönəldilir. Bu faydalı ünsiyyətin genişlənməsinin nəticəsidir ki, cəmiyyətdə jurnalist əməyinin mahiyyəti getdikcə daha dərindən duyulub-qiymətləndirilir, məmur fəaliyyəti daha məhsuldar məzmun alır.

Ölkənin jurnalist kollektivlərinin rəhbərləri, Sabunçu rayonunun icra və bələdiyyə qurumlarının təmsilçiləri, ictimaiyyət nümayəndələri müzakirə olunan mövzu ilə bağlı mülahizə və təkliflərini bildirdilər, əməkdaşlığı dərinləşdirməyin önəmini vurğuladılar.

Sonda KİVDF ilə Sabunçu RİH-in təşkil etdiyi birgə jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar.

R.TAHİR,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında