Çempion vahid liderdir

 

 

Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş beynəlxalq turnirin “A” qrupunda ikinci turun da qəhrəmanı Maqnus Karlsen olmuşdur. Norveçli dünya çempionu bu dəfə ABŞ təmsilçisi Hikaru Nakamuranı məğlubiyyətə uğratmışdır.

Turun digər iki görüşündə Şəhriyar Məmmədyarov həmyerlisi Teymur Rəcəbovla, italiyalı Fabiano Karuana isə rusiyalı Sergey Karyakinlə heç-heçəyə razılaşmışlar.

İki turdan sonra 2 xalla turnir cədvəlinə Karlsen başçılıq edir. Rəcəbov, Karyakin və Karuananın hərəyə 1, Məmmədyarovla Nakamuranın yarım xalı vardır.

Start turunun bütün görüşlərində heç-heçə qeydə alındığı “B” turnirində isə ikinci raund daha məhsuldar olmuş, üç oyun rəqiblərdən birinin qələbəsi ilə başa çatmışdır. Etyen Bakro (Fransa) Vasif Durarbəyliyə, Aleksandr Motılyov (Rusiya) Rauf Məmmədova, Pavel Elyanov (Ukrayna) Raymondas Voytaşekə (Polşa) qalib gəlmişlər. Qədir Hüseynovun çinli Van Hao, Nicat Abbasovun Eltac Səfərli ilə görüşləri heç-heçə nəticələnmişdir.

Bu turnirdə iki turdan sonra cədvəlin ilk üç pilləsində Bakro, Motılyov və Elyanov irəliləyirlər. Liderlər hərəyə 1,5 xal toplamışlar.

Dünən hər iki turnirdə üçüncü turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında