Çağdaş Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi

 

 

 

Ağsu Rayon Mərkəzi Kitabxanasında XX əsr  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.

Rayon ziyalılarının, ədəbiyyatsevərlərin iştirak etdikləri konfransda “Çağdaş Azərbaycan ədəbiyyatında  İlyas Əfəndiyev zirvəsi”,  “İlyas Əfəndiyevin  bədii yaradıcılığı”,  “İlyas Əfəndiyev  və maarifçilik”,  “Görkəmli nasir və dramaturq” mövzularında məruzələr dinlənilmişdir.

Klassik ədəbi fikrin  böyük  ənənələri zəminində öz üslubunu   yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermiş İlyas Əfəndiyevin  100 illik  yubileyinin  keçirilməsi  barədə  Prezident İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli sərəncamının Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən böyük  rəğbətlə qarşılandığını, İlyas Əfəndiyev irsinin  öyrənilməsi və təbliğində xüsusi əhəmiyyət  kəsb etdiyini bildirmişlər.

1914-cü il mayın 28-də Füzulidə  dünyaya göz açan ədibin  60 ildən çox yaradıcılıq yolu keçdiyinə diqqəti cəlb edən natiqlər  onun  özündən sonra qoyub getdiyi  “Söyüdlü arx”,  “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”,  “Üçatılan” və sair kimi roman və povestlərinin,  “İşıqlı yollar”,  “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”,  “Məhv olmuş gündəliklər”,  “Mahnı dağlarda qaldı”  və sair dram əsərlərinin  bu gün də sevilə-sevilə  oxunduğunu vurğulamışlar.

Qeyd edilmişdir ki, yaratdığı əsərlərlə oxucunu  düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı  olmaq kimi ali keyfiyyətlər təlqin etmək bacarığına malik  olan görkəmli  sənətkarın  xatirəsi hər bir ədəbiyyatsevərin qəlbində əbədi  yaşayacaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında