Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak etmişlər

 

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 13-cü monitorinq görüşü keçirilmişdir.

OECD-yə üzv dövlətlərin, o cümlədən Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, BMT, ATƏT, Avropa Şurası, Dünya Bankı və digər beynəlxalq təşkilatların təmsil olunduğu tədbirdə Azərbaycan Respublikasını Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev və həmin şöbənin prokuroru Sahib İsmayılovdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinq görüşündə Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin dövri hesabatları dinlənilmişdir.

Azərbaycan ilə bağlı hesabatın dinlənilməsi zamanı R.Əliyev çıxış edərək dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası və bununla əlaqədar hazırlanmış qanun layihələri, korrupsiya hüquqpozmalarının aşkar edilməsi, təqsirləndirilən şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qazanılmış nailiyyətlər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyindəki “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Antikorrupsiya Şəbəkəsinin 3-cü raund dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə kimi Azərbaycan Respublikasına ötən ilin sentyabrında verilmiş tövsiyələr üzrə qısa müddətdə görülmüş işlər və əldə edilmiş nailiyyətlər qurum tərəfindən qənaətbəxş hesab olunmuşdur. Həmçinin son 6 ay ərzində tövsiyələrin icrası istiqamətində atılmış addımlar təqdirəlayiq hal kimi yüksək qiymətləndirilmişdir.

Tədbirdə Tacikistan Respublikasının üçüncü raund dəyərləndirilməsinə dair hesabatı üzrə müzakirələr aparılmışdır. Monitorinq qrupunun tərkibində ekspert qismində iştirak etmiş R.Əliyev tərəfindən hesabata dair rəy və təkliflər verilmiş, müzakirə olunan məsələlərlə bağlı münasibət bildirilmişdir.

Monitorinq görüşündə şəbəkənin 2014-cü il üçün iş planının icra vəziyyəti müzakirə edilmiş və iştirakçı tərəflərin gələcək fəaliyyəti müəyyənləşdirilməklə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında