Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakının Nizami rayonunda tədbirlər keçirilir

 

 

“Vətən mənə oğul desə

nə dərdim...”

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayonu 201 saylı orta məktəbdə “Vətən mənə oğul desə nə dərdim...” vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə mövzuya uyğun yaradılmış sərgi ilə tanış olublar. Akt zalında davam etdirilən tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov  və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildiriblər  ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı el-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir.

Sonra məktəb kollektivinin hazırladığı “Vətən mənə oğul desə nə dərdim...” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Eyni zamanda, gənc rəssamlar mövzuya uyğun çəkdikləri şəkilləri qonaqlara təqdim ediblər.

“Paintball” yarışı keçirilib

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Bakı Paintball Mərkəzində paintball yarışı keçirmişlər.

Tədbirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının şura üzvləri Əkbər Miskinov, Ələmdar Bayramov, rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov çıxışlarında bildirmişlər ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir.

Çıxışlardan sonra yarışa start verilib. Yarışda “Mübariz”, “Fərid”, “İbadın kəşfiyyatçıları” və “Nizami” komandaları iştirak ediblər. Peşəkarlıq nümayiş etdirən “İbadın kəşfiyyatçıları” komandasının üzvləri yarışın qalibi olublar.

Məktəblilər arasında “breyn-rinq” intellektual yarışı

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayon məktəbliləri arasında “breyn-rinq” intellektual yarış keçirib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, onun inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıb. Qeyd edib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən YAP-ın sədri, Prezident İlham Əliyevin əsas məqsədlərindən biri də ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır. İntellektual yarışların keçirilməsində də məqsəd dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.

Sonra YAP Nizami rayon təşkilatının Heydər Əliyev Muzeyində yarışa start verilib.Yarışda rayonun 12, 61, 229, 238, 328 saylı orta məktəblərin, 70 saylı, “Zəngi” və

4 nömrəli Bakı peşə liseylərinin, Bakı Qida Sənayesi və Bakı Texniki kolleclərin komandaları iştirak edib. İştirakçılara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair 30 sual verilib. Lakin komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib. Yalnız bundan sonra birinci, ikinci və üçüncü yerlərin qalibləri müəyyənləşib.

Yarışın qalibi 328 saylı orta məktəbin şagirdləri olub, ikinci və üçüncü yerləri isə müvafiq olaraq, 70 saylı və “Zəngi” liseylərinin komandaları bölüşüblər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında