Yaxın aylarda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ehtiyat kadrlarının vakant yerlər üzrə işlə təmin olunmasına başlanacaqdır

Dövlət xətti ilə xaricdə təhsil alan məzunlar birbaşa ehtiyat kadrlar siyahısına daxil edilir və ixtisaslarına uyğun olaraq müvafiq dövlət qulluğu vəzifələrinə təyin edilirlər.
Bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası sədrinin müavini Vəfadar Misirov jurnalistlərə açıqlamasında demişdir. Artıq dövlət orqanlarına işə qəbulla bağlı 7-ci müsabiqənin başa çatdığını deyən natiq bu müsabiqələrdə 4000-dən artıq namizədin iştirak etdiyini vurğulamışdır. Onlardan 1300 nəfərə yaxını test imtahanından uğurla keçmiş və təqribən 400 nəfəri vəzifəyə yararlı hesab edilmişdir. Namizədlərin dövlət orqanlarına təqdimatı davam edir.
V.Misirov qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 200-ə yaxın ehtiyat kadrı var ki, onlar 6-9-cu təsnifat vəzifələri üzrə dövlət orqanlarında uyğun vəzifələrə yararlı hesab edilirlər. Yaxın aylarda onların da vakant yerlər üzrə işlə təmin olunmasına başlanacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında