Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilmişdir

 

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycan Respublikası Prezidentinin dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı 2014-cü il 7 mart tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  kollegiya iclasında sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə hazırlıq, qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlar, eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin hazırlanması, strukturunun formalaşması, ştat vahidi, işçilərinin say tərkibinin müəyyən edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

İclasda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov RYTN-in strukturuna daxil olmayan tabeliyindəki birlik və müəssisələrdə bazar iqtisadiyyatının və innovativ inkişafın tələblərinə uyğun struktur islahatlarının aparılması, işçilərin sayının iş həcminə uyğunlaşdırılması istiqamətində təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar vermişdir. Bu məqsədlə işçi qrupu yaradılaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla, qısa müddət ərzində təkliflərin hazırlanması prosesinə məsləhətçi şirkətlərin cəlb edilməsi məqsədəuyğun hesab olunmuşdur.

 Kollegiya iclasında hazırlıq mərhələsinin gedişi ilə bağlı mütəmadi müzakirələrin aparılması da qərara alınmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında