Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və Baş Assambleyası öz işini başa çatdırmışdır

 

Umud Rəhimoğlu: “Əl-Cəzirə” ilə birgə Bakıda Qarabağla bağlı konfrans keçirməyi planlaşdırırıq"

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən konqresi və baş assambleyası öz işini başa çatdırmışdır.

Konqresdə “Jurnalistika və etika”, “Afrikada tədqiqatçı jurnalistlərin hesabatları”, “Təhlükəli ərazilərdə jurnalistika təhlükəsizliyi qaydaları”, “Media azadlığının 20 illiyi”, “Cari proseslərin mətbuat azadlığına təsiri”, “Çinin inkişaf edən dünyada rolu” və s. mövzular ətrafında müzakirələr aparılmışdır.

Bu barədə AzərTAc-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutu idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat vermişdir. U.Rəhimoğlu demişdir ki, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi təsdiq edilmiş, səlahiyyət müddəti bitməkdə olan idarə heyəti üzvlərinin yerinə yeni üzvlərin namizədliyi nəzərdən keçirilmişdir. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən və müzakirəyə çıxarılan “Əl-Cəzirə” telekanalının insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami Əlhaj idarə heyətinə üzv seçilmişdir.

Sami Əlhaj 2001-ci ildə Əfqanıstanda jurnalistika fəaliyyətini həyata keçirən zaman Pakistan ordusu tərəfindən həbs edilmiş və 2008-ci ilə qədər Amerika Birləşmiş Ştatlarının Qvantanama həbsxanasında saxlanılmışdır. Müxtəlif zorakılıqlara məruz qalan Sami Əlhaj və çox sayda məhbus etiraz olaraq aclıq aksiyasına başlamışdılar. Uzun müddət işgəncələrə qatlaşan və təhqirlərə dözən Sami Əlhaj 2008-ci ildə Stafford Smith adlı hüquq müdafiəçisinin köməyi ilə bəraət əldə etmişdir.

Mükafatlandırma mərasimindən sonra “Əl-Cəzirə” telekanalının icraçı direktoru Mosefa Souag, baş prodüser Hassan Saeed Elmogummer Zaha, insan hüquq və azadlıqları departamentinin rəhbəri Sami Əlhaj, Qahirə bürosunun rəhbəri Abdelfattah Fayed, BAMF-ın sədri Umud Rəhimoğlu və beynəlxalq əlaqələr üzrə əlaqələndiricisi Vəfadar Rizvanlı arasında görüş olmuşdur. Görüşdə “Əl-Cəzirə” telekanalının rəsmiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini bildirərək daim Azərbaycanın yanında olduqlarını qeyd etmiş və problemin obyektiv işıqlandırılması ilə münaqişənin həllinə kömək etməyə hazır olduqlarını bildirmişlər. Həmçinin görüşdə BAMF və “Əl-Cəzirə” telekanalı arasında əməkdaşlıq müqaviləsinin imzalanması və  Bakıda “Dağlıq Qarabağda insan hüquqları” mövzusunda konfrans keçirilməsi qərara alınmışdır.

Sonda “Əl-Cəzirə” rəsmiləri Umud Rəhimoğlunu mayın 26-27-də Qətərin paytaxtı Doha şəhərində keçiriləcək “VIII Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət etmişlər. Forum çərçivəsində “Əl-Cəzirə” telekanalı ilə BAMF arasında Əməkdaşlıq Memorandumunun imzalanması və U.Rəhimoğlunun BAMF-ın “Əl-Cəzirə” telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında