Xorvatiyanın “Hina” xəbər agentliyi AzərTAc ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir

 

 

Xorvatiyanın “Hina” xəbər agentliyi AzərTAc ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir.

Bu fikir “Hina” agentliyinin direktoru xanım Branka Qabriela Valentiç ilə AzərTAc-ın Rumıniya, Xorvatiya, Bolqarıstan və Yunanıstan üzrə xüsusi müxbiri İqbal Hacıyevin görüşündə səslənmişdir. Qeyd edilmişdir ki, AzərTAc ilə “Hina” Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) çərçivəsində sıx əməkdaşlıq edirlər.

AzərTAc-ın mərkəzi Buxarest olmaqla Rumıniya nümayəndəliyinin, eyni zamanda, Xorvatiyanı da əhatə etməsinin ölkələrimizin milli xəbər agentlikləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacağının bildirildiyi görüşdə qarşılıqlı informasiya mübadiləsini genişləndirmək, o cümlədən saytlarda analitik şərhlərə və təhlillərə yer ayırmaq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

Xorvatiyada Azərbaycana böyük marağın olduğunu vurğulayan “Hina”nın direktoru Branka Qabriela Valentiç AzərTAc-ın rəhbərliyinə salamlarını çatdırmış, agentliklər arasında mövcud əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirmişdir. Xanım Valentiç birbaşa informasiya mübadiləsinin ölkələrimizin bir-birini daha yaxından tanıması baxımından əhəmiyyətini vurğulamış, AzərTAc-ın xüsusi müxbirinə “Hina” tərəfindən lazımi dəstək veriləcəyini bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında