Rəhimpur: Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrə ehtiyac var

 

Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmamış çox şeylər qalır və daha çox müzakirələrə ehtiyac var. Bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini və bu ölkənin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur demişdir. “Trend”-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi saytı iribnews xəbər vermişdir.

Xəzəryanı ölkələrin işçi qrupunun 37-ci iclasında iştirak etmək üçün Moskvada səfərdə olan İ.Rəhimpur bildirmişdir ki, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək sammitindən öncə Xəzərin hüquqi statusu ilə bağlı memorandum layihəsi hazırlanmalıdır.

O əlavə etmişdir ki, dövlət başçılarının sammitində imzalanması üçün bundan başqa Xəzəryanı ölkələrin bəyannamə layihəsi də hazırlanmalıdır.

İ.Rəhimpurun sözlərinə görə, Xəzəryanı ölkələrin işçi qrupunun Moskvada keçirilən iclasında çox məsələlər haqqında razılıq əldə olunmuş və bəzi məsələlər haqqında xarici işlər nazirlərinin sabahkı iclasında qərar qəbul olunacaq, lakin Xəzərin hüquqi statusu ilə bağlı daha çox müzakirələrə ehtiyac var.

İ.Rəhimpur demişdir ki, Həştərxanda keçiriləcək dövlət başçılarının sammitindən öncə işçi qrupun Tehranda daha bir görüş keçirəcəyi ehtimal olunur.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında