Nərimanov rayonunda iməcilik

 

 

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verilmiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ətraf mühitin qorunması və ekologiya ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq aprelin 19-da Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirildi.

Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, eləcə də ictimaiyyət nümayəndələrinin və gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənərək burada İtaliyadan gətirilmiş 300-dən çox “Leylandra” növlü ağaclar əkilmişdir.

Xatırladaq ki, sözügedən ərazinin yaşıllaşdırılması istiqamətində mütəmadi olaraq abadlıq işləri aparılmış, bu qəbildən olan müxtəlif növ dekorativ ağac və kollar əkilmişdir. Hazırda yaşıllıq zolağının paytaxtımızın oksigenlə zəngin guşəsinə çevrilməsi üçün  müntəzəm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyan bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlar tərəfindən ardıcıl şəkildə  davam etdirilir.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında