Prezident İlham Əliyevin bu il yanvarın 17-də imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısına “Alternativ və bərpa olunan enerji mənbələrinin və enerjidən səmərəli istifadənin tətbiqinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi” vəzifəsi qoyulmuşdur.
Bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlar arasında bu tapşırıqların icrası üçün bir sıra layihələrin reallaşdırılması barədə razılaşmalar əldə olunmuşdur.
Aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqində respublikadakı alternativ mənbələr hesabına enerji hasilatının artırılmasına dair konkret tapşırıqlar verilmişdir.
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu ayın əvvəlindən etibarən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Bakının Suraxanı rayonunda yeni “Suraxanı” Günəş Elektrik Stansiyasının inşasına başlanılmışdır. Stansiyanın tikintisi üçün 6 hektar ərazi ayrılmışdır. Hazırda stansiyanın 1,5 meqavat gücə malik ilkin mərhələsinin tikintisi reallaşdırılır. Layihənin podratçı şirkəti olan “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsinin çalışdığı ərazidə tikinti işləri sürətlə aparılır. Layihənin ilkin mərhələsinin may ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Ümumi gücü 2,8 meqavat olacaq günəş elektrik stansiyasının tam istifadəyə verilməsi isə ilin sonuna planlaşdırılmışdır. Bundan sonra bu günəş elektrik stansiyasında istehsal olunacaq enerji “Bakelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaqdır.
AzərTAc xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu ilə yanaşı, Pirallahı rayonunun enerji təchizatının yaxşılaşdırılması istiqamətində də işlər sürətlə aparılır. Ayın əvvəllərindən rayonda “Pirallahı” Günəş Elektrik Stansiyasının tikintisinə başlanılmışdır. Hazırda inşası üçün 6 hektar ərazi ayrılmış stansiyanın ilkin mərhələsinin tamamlanması istiqamətində işlər intensiv şəkildə həyata keçirilir.
İlkin mərhələdə 1,2 meqavat gücə malik stansiya istifadəyə veriləcəkdir. Artıq stansiyada günəş panellərinin 30-40 faizi quraşdırılmışdır. Bu mərhələdə 4 min günəş panelinin quraşdırılması nəzərdə tutulmuşdur. Ərazidə “Xəzər” Gənclər Elmi-Texniki Yaradıcılıq Mərkəzinin 80 nəfərlik işçi qüvvəsi çalışır. Günəş elektrik stansiyasının ilkin mərhələsinin inşasının may ayında tamamlanması planlaşdırılmışdır. İlin sonunda isə stansiyanın tam istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Həmin günəş elektrik stansiyası Pirallahı adasında ilk stansiya olacaqdır. Bu da rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir.
Hər iki günəş elektrik stansiyanın inşasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa edilmiş “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunmuş günəş panellərindən istifadə edilir.
Gələcəkdə Pirallahı rayonunda külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulmuşdur. Artıq ərazidə 80 metr hündürlüyündə ölçü müşahidə stansiyası quraşdırılmışdır. Quraşdırılacaq külək elektrik stansiyasının tipini, gücünü və sayını təyin etmək üçün hazırda ərazidə ölçü işləri aparılır. Müşahidə stansiyası il ərzində fasiləsiz olaraq küləyin sürətini, Günəşin isə radiasiyasını ölçür. Ölçü işlərinin yekununa əsasən külək qurğularının yeri, gücü və sayı müəyyən olunacaqdır.
Bununla yanaşı, Pirallahı adasındakı neft ehtiyatları nəzərə alınaraq Dövlət Agentliyi tərəfindən buradakı yataqlardan çıxan səmt qazının toplanılaraq elektrik enerjisinə çevrilməsi nəzərdə tutulmuşdur. Bu qurğuların istifadəyə verilməsi ilə atmosferə atılan səmt qazının miqdarı azalacaqdır.
Gələcəkdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində, Abşeron, Siyəzən və Qobustan rayonlarında alternativ enerji mənbələri hesabına yeni stansiyaların inşası nəzərdə tutulmuşdur. Artıq Qobustan rayonunda da yeni günəş elektrik stansiyasının tikintisinə başlanılmışdır.
Bütün bunlar Prezident İlham Əliyevin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin qarşısında qoyduğu vəzifələrin böyük əzmlə və uğurla icra olunduğunu sübut edir.
�<p��x�EN-US style='mso-ansi-language:EN-US'>kini aparılmışdır. Diri çəkidə 920,1 ton ət, 7503,2 ton süd, 1 milyon 518 min ədəd yumurta istehsal olunmuşdur.
Qırx hektar sahədə meşə bərpası tədbirləri görülmüş, yeni şitillik sahələri salınmış, tingliklər yaradılmışdır. Anboba və Əzərud kənd ibtidai məktəb binalarının tikintisi davam etdirilir, Suparıbağ kənd tam orta məktəbinin inşasında tamamlama işləri aparılır.
Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Məruzə ətrafında müzakirələrdə icra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri Rəhmətulla Rufullayev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, paylayıcı elektrik şəbəkəsinin müdiri Azad Hüseynov iştirak etmişlər.
Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, ötən müddət ərzində rayonda xeyli iş görülmüşdür. Hazırda böyük layihələr həyata keçirilir. Rayonda, şəhər, qəsəbə və kəndlərdə reallaşdırılan sosial-iqtisadi inkişaf və geniş tikinti-quruculuq işləri əhalinin böyük razılığına səbəb olmuşdur. Yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin operativ şəkildə həll olunması, mövcud problemlərin ətraflı araşdırılıb aidiyyəti üzrə istiqamətləndirilməsi də müsbət nəticələrini göstərir. Artıq rayonda əhaliyə fasiləsiz enerji verilməsi təmin edilmiş, əsas kəndarası yollar asfaltlaşdırılmışdır.
Xüsusi vurğulandı ki, əhəmiyyətli layihələrin həyata keçirilməsi rayonda turizmin inkişafına da böyük töhfə verəcək.
Şura iclasında rayonun bütün idarə, müəssisə və təşkilat rəhbərlərinə bir daha vəzifə olaraq tapşırıldı ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə daha həssas yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər. Qarşıda duran vəzifələrin uğurlu həlli üçün rayonda hər cür potensial imkanın olduğu qeyd edildi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.