Rabitə və yüksək texnologiyalar naziri Astarada vətəndaşları qəbul etmişdir

 

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, aprelin 19-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Astara şəhərində Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı 40 nəfər vətəndaşın şikayət və müraciətləri dinlənilmişdir.

Qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklər, işə qəbul, əmək haqqının artırılması ilə bağlı müraciət etmişlər.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapmışdır.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq məqsədi ilə qeydiyyata alınmışdır.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Azərbaycanda hazırda fəaliyyət göstərən hər 3 mobil operatorla internet xidmətlərində qiymətlərin aşağı salınması ilə bağlı razılıq əldə edilmişdir.

Ə. Abbasov, həmçinin kommersiya məqsədi ilə Fransanın bir peykinin “Azərkosmos”la birgə kosmosa buraxılması ilə bağlı danışıqların aparıldığını da diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında