Azərbaycanın və İranın Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi qeyd olunmuşdur

 

Aprelin 18-də ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin olduğunu qeyd etmişdir. Bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu vurğulayan F.Məmmədov dövlətlərimizin başçılarının mütəmadi səfərlərinin, o cümlədən Prezident İlham Əliyevin aprelin 9-da İrana rəsmi səfərinin və mühüm sənədlərin imzalanmasının ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük təkan verdiyini vurğulamışdır. Həmçinin zəngin müqavilə bazası əsasında hüquqi əlaqələrin inkişafı, o cümlədən iki ölkənin Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi qeyd olunmuşdur.

Azərbaycan ilə İran arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyən səfir Azərbaycan Prezidentinin ölkəsinə səfərinin səmərəli olduğunu vurğulayaraq, görüşlərin çox səmimi şəraitdə keçdiyini bildirmişdir. Qonaq, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir etmişdir.

Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmışdır.

Səfir dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladaraq, müəllifi olduğu “Heydər Əliyev və İran ilə daimi dostluğa əsaslanan baxış” kitabını nazir F.Məmmədova təqdim etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında