Nizami rayonunda məktəblilərin “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin məktəblilər arasında birgə keçirdikləri “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinə yekun vurulmuşdur.

Qaliblərin mükafatlandırılması mərasimində YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin, ulu öndərin ideya və əməllərini Prezident İlham Əliyevin  uğurla davam etdirməsinin uşaq və yeniyetmə yaradıcılığında bədii əksinə yardımçı olmaqdır.

Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti qeyd etmişdir ki, rəsm müsabiqəsi şagirdlərimizin ulu öndər Heydər Əliyevə sonsuz sevgilərini, ümummilli liderin çağdaş nəsillərə ən böyük yadigarı olan müasir Azərbaycanın həqiqətlərini necə təsəvvür etdiklərini bədii lövhələrlə üzə çıxartmışdır. Məktəblilər gələcəklə bağlı arzularını da fırça ilə ifadə etmişlər.

Sonra məktəblilərin rəsm işlərindən ibarət ekspozisiyaya baxış keçirilmiş,  müsabiqənin qalibləri müəyyənləşdirilmişdir.

I, II və III yerə çıxanlar mükafatlandırılmış, iştirakçı şagirdlərə həvəsləndirici hədiyyələr təqdim olunmuşdur.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında