Qubada Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin işçi qrupunun növbəti iclası keçirilmişdir

 

 

 

Aprelin 17-də Quba şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin sərhədyanı ərazilərdə birgə fəaliyyətin əlaqələndirilməsi üzrə ixtisaslaşdırılmış işçi qrupunun növbəti iclası keçirilmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə, sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini və cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə, işçi qrupun fəaliyyətinə, onun 2014-cü ilin növbəti rübləri üçün iş planının təsdiq edilməsinə dair məsələlər müzakirə olunmuşdur.

Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirmişdir ki, ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlığın təməlini Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin yürütdükləri mehriban qonşuluq və dostluq siyasəti təşkil edir.

Qeyd olunmuşdur ki, hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğundur. İşbirliyinin istintaq-əməliyyat tədbirlərinin razılaşdırılaraq həyata keçirilməsi, informasiya mübadiləsi, kriminalistik uçot-qeydiyyatın müvafiq növlərinin məlumat banklarından birgə istifadə olunması, sorğuların, istintaq tapşırıqlarının icrası və başqa formalarından geniş istifadə olunur. İki ölkənin daxili işlər orqanlarının əməkdaşları tərəfindən “Sərhəd-Sipər” şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində hər il xeyli cinayətkar qrup ifşa olunur, ağır cinayətlər açılır, məhkəmə və istintaq orqanlarından yayınan şəxslərin yerləri müəyyənləşdirilərək tutulurlar.

Görüşdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın təhdid və çağırışlarına qarşı sərhədyanı ərazilərdə də adekvat cavab verilməsinə daim hazır olmağın vacibliyi vurğulanmışdır.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəis müavini - Şimali Qafqaz regionunda Rusiya Daxili İşlər Nazirliyinin orqan və hissələrinin müvəqqəti operativ qruplaşmasının rəhbəri, polis general-mayoru İqor Romaşkin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini qeyd etmişdir. Ekstremizm, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya ilə mübarizə sahələrində birgə səylərin daha da fəallaşdırılmasına dair konkret təkliflər səsləndirilmişdir.

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-mayoru Abduraşid Maqomedov, nazir müavini Vasili Salyutin, Azərbaycan və Dağıstan Daxili İşlər nazirliklərinin aidiyyəti baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak etmişlər.   

Səmimi və işgüzar şəraitdə keçən iclasın yekunlarına dair müvafiq protokol imzalanmışdır. Həmin sənəddə əməkdaşlığın səmərəliyinin artırılmasına və sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş konkret təşkilati-praktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında