Azərbaycan Mətbuat Şurası "qara piar"a "yox!" dedi

Azərbaycan Mətbuat Şurasında keçirilən "dəyirmi masa"da ölkə qəzetlərində üzdəniraq ictimai rəylə bağlı AMŞ-nin son 6 ayda apardığı monitorinqin nəticələri açıqlandı, "qara piar" adı almış belə yazılarla bağlı geniş fikir mübadiləsi aparıldı.
AMŞ-nin sədri Əflatun Amaşov bildirdi ki, 5 il əvvəl sonuncu parlament seçkiləri zamanı özünü qabarıq şəkildə göstərmiş "qara piar" media təmsilçilərinin, mətbuatın dostlarının birgə səyləri ilə səngisə də, yaxınlaşmaqda olan yeni seçkilər, sanki, mətbuatı yenidən belə bir dalğa ilə üzləşdirir. Son aylarda müstəqil və partiya mənsubiyyətli bəzi nəşrlərdə yüksək vəzifəli məmurlar və siyasətçilər, eləcə də tanınmış jurnalistlərlə bağlı çox zaman real faktlara söykənməyən, mənbəyi məlum olmayan səs-küylü silsilə yazılar baş alıb gedir. Mətbuat Şurasının rəhbərliyi də ara-sıra belə ədalətsiz, qərəzli söz basqılarına məruz qalır. Nəticədə, ayrı-ayrı adamların və qurumların fəaliyyətinə kölgə salınır, imiclərinə xələl gəlir, sonda təsdiqini tapmayan ittihamlara görə mətbuat vasitəsinin özü nüfuzdan düşür. AMŞ rəhbərliyi məsələnin aktuallığını nəzərə alaraq artmaqda olan meyli geniş müzakirəyə çıxarır.
Açıqlama ilə bağlı diskussiyalarda "qara piar" birmənalı olaraq pislənildi, onun azad mətbuatın prinsipləri, məramı ilə heç bir əlaqəsi olmadığı vurğulandı. Bildirildi ki, dünya təcrübəsində "qara piar" konkret faktlara söykənsə də onun qərəz, gözdənsalma, rəqabətdən qidalanması ictimai rəydə mənfi qarşılanır, belə təbliğatı cəmiyyət arzuolunmaz sayır.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirdi ki, KİV-in neqativ faktları aşkar etməsi və cəmiyyətə açıqlaması başqa məsələdir, kimlərinsə mətbuat vasitəsilə öz rəqibini əsassız olaraq ləkələməsi, onun nüfuzunu aşağılaması tamamilə başqa məsələdir. Bu işin xalq arasında adı qarayaxmadır. Hansısa qəzetin belə bir işdə vasitəyə çevrilməsi, yaxud ortaq maraqla çıxış etməsi söz azadlığına, oxucuların mətbuata inamına ağır zərbə vurur. Bu, mənəvi cinayət, haqsızlıq, yaramazlıqdır.
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, İctimai Teleradio Yayımları Şurasının sədri Cahangir Məmmədli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, APA agentliyinin direktoru Vüsalə Mahirqızı, Azərbaycan Demokratik Jurnalist Liqasının rəhbəri Yadigar Məmmədli, "Bakı - xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Yeni müsavat" qəzetinin baş redaktor müavini Azər Ayxan müzakirə olunan məsələyə münasibətlərini bildirdilər. Tənqidlə böhtanın, faktla uydurmanın, həqiqətlə yalanın bilərəkdən qarışdırılması, oxucuya reallığı əks etdirməyən məlumatın çatdırılması pislənildi, bunun əksini düşünənlər isə cavablandırıldı.
Diskussiyanın yekunu olaraq KİV-də insanların şərəf və ləyaqətinin alçaldılması yolverilməz sayıldı. Bu sıradan "qara piar"ın yenidən baş qaldırması xüsusi narahatlıqla vurğulandı. Parlament seçkiləri dövründə KİV-də "qara piar"dan imtina edilməsi ilə bağlı AMŞ-nin müraciət qəbul etməsi, yaxud KİV rəhbərlərinin razılaşma imzalaması təklifləri bəyənildi. Müzakirənin geniş auditoriyalarda davam etdirilməsi qərara alındı.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında