Qarabağ müharibəsi və 20 Yanvar əlilləri minik avtomobilləri ilə təmin edilmişlər

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin cari il ərzində avtomobillə tam təmin olunması istiqamətində işlərin davamı olaraq,  aprelin 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər bu kateqoriyadan olan  şəxs “Naz-Lifan” markalı minik avtomobilləri ilə təmin edilmişdir. Həmin şəxslərin 95 nəfəri Qarabağ müharibəsi, digərləri 20 Yanvar əlilləridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, 2014-cü il yanvarın 1-i tarixinə növbədə dayanmış 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 200 nəfəri avtomobillə təmin olunmuş və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatı başa çatdırılacaqdır.

Avtomobillərin açar və sənədlərinin təqdim olunması münasibətilə təşkil edilən tədbirdə Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanların rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı göstərdiyi vurğulanmışdır. Bu təbəqədən olan vətəndaşların dövlət hesabına mənzillə, minik avtomobili ilə təminatı, onların maddi təminatının gücləndirilməsi sahəsində görülən işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, bu gün verilən maşınlar da daxil olmaqla minik avtomobili alan  əlillərin sayı artıq 4 mini ötür.

Tədbirdə ürək sözlərini ifadə edən Qarabağ müharibəsi və 20 Yanvar əlilləri əlilliyi olan şəxslərə dövlət qayğısından razılıqla söz açıblar. Onlar Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara təyin olunan Prezident təqaüdlərinin, habelə sosial müavinətlərin cari ilin 1 aprel tarixindən artırılmasının bu təbəqədən olan insanlara Prezidentin növbəti qayğısı olduğunu vurğulayıblar. Bu gün verilən avtomobillərin onların həyatına rahatlıq gətirəcəyini qeyd edən əlilliyi olan şəxslər onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında