Pirallahı adasını Bakı ilə birləşdirəcək körpü inşa olunur

 

 

 

Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, avtomobil körpüsünün tikintisi və yol ətrafı zonada ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yol boyunca sahilbərkitmə işləri ilə bağlı layihənin artıq 60 faizi yerinə yetirilmişdir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirmişdir.

Körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrdə yerləşir: “Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, yanaşma yolları ilə birlikdə isə 1357 metr, eni 14 metr, hərəkət hissəsi 11,5 metr təşkil edir. Körpünün üstündə piyadaların hərəkəti üçün səki də olacaq. Körpünün altından dəniz səviyyəsinədək hündürlük 11 metr təşkil edir. Körpü 10 aşırımlı olacaq”.

P.Mürsəliyev qeyd etmişdir ki, körpüdə işlərin xeyli hissəsi görülmüşdür: “Artıq 10 dayağın tikintisi başa çatdırılmış, aşırım qurğularının müvəqqəti dayaqları qurulmuşdur, hazırda betonun tökülməsinə hazırlıq gedir. Sonradan aşırım qurğusunda monolit betonla gərginləşdirmə işi həyata keçiriləcək. Xaricdən gətirilmiş troslar istinad divarının içinə yerləşdirilir. Almaniya istehsalı olan yeni avadanlıqlarla trosların sonradan gərginləşdirilməsi aparılır, daha sonra istinad divarının möhkəmliyi üçün sement məhlulu ilə doldurularaq inyeksiya olunur. Trosların paslanmaması, istinad divarlarının möhkəmliyini və zərbəyə davamlılığını artırmaq üçün həmin xüsusi avadanlıqla sonradan gərginləşdirmə işi aparılır. Artıq körpüyə giriş hissəsi hazırdır. Hazırda çıxış hissəsində torpaq işləri davam etdirilir. Ətraf ərazidə kürə daşları və geksolit ilə 550 metr uzunluğunda sahilbərkitmə işləri də yerinə yetirilmişdir”.

Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulmuşdur: “Bu məqsədlə körpünün 4-cü dayağı ilə 7- ci dayağı arasında 120 metr məsafə qazılaraq götürülmüşdür. Bu da gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək. Körpüdə svayların uzunluğu 36 metr, gəmilərin keçəcəyi yerdə isə 42 metr olacaq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında