Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulmuşdur

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulmuşdur.

Ermənistan  ordusunun bölmələri aprelin 16-da və 17-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.

Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.

Düşmən cavab atəşi ilə susdurulmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında