Naxçıvan Muxtar Respublikasının ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası başa çatmışdır

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərinin aktiv fazası yekunlaşmışdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20 min nəfərə yaxın şəxsi heyəti, 400 ədəd zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən xüsusi təyinatlı qüvvələr iştirak etmişlər.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilmiş, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetirmişlər.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirmiş və təlimin nəticələrindən razı qaldığını bildirmişdir.

Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin yerləşdiyi hərbi şəhərciklərə baş çəkərkən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən hərbi qulluqçular və onların ailə üzvləri üçün yaradılmış sosial-məişət şəraitinin yüksək səviyyədə olmasını xüsusi qeyd etmişdir.

Təlimləri Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Vahid Əliyev müşahidə etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında