Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələri komandanının Azərbaycana rəsmi səfəri başlamışdır

 

 

Aprelin 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı önünə güllər qoyulmuşdur.

Sonra Şəhidlər Xiyabanına gələn nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasına və Təlim Tədris Mərkəzinə baş çəkmiş, orada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olmuş, komandanlıqla görüşmüşlər.

Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilmişdir.

Aprelin 19-dək davam edəcək səfər çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında