Şəhid ailələrinin sosial müdafiəsi müzakirə edilmişdir

 

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova və bir qrup şəhid ailəsi üzvləri ilə görüş keçirmişdir.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsinə və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan söz açan S. Müslümov demişdir: “Vətənimiz, dövlətimiz, müstəqilliyimiz naminə şəhid olmuş igid Azərbaycan övladlarının ailələrinin maddi rifah halının yaxşılaşdırılması üçün bütün istiqamətlərdə işlər aparılır. İndiyədək 5 minə yaxın müharibə əlili və şəhid ailəsi dövlət hesabına yeni mənzillərlə təmin olunub ki, onlardan 694-ü şəhid ailələridir. Cari ildə müxtəlif bölgələrdə istifadəyə veriləcək yeni çoxmənzilli yaşayış binalarından da şəhid ailələrinə mənzillər veriləcək”.

S.Müslümov 13 min 53 nəfər şəhidin ailə üzvlərinə hər ay 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verildiyini diqqətə çatdırmış və qeyd etmişdir ki, bununla yanaşı, Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə şəhidin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar isə 18 yaşınadək) uşaqlarına, habelə əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlər verilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. Ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısının davamı olaraq, cari ilin mart ayında imzalanmış sərəncamla, şəhidlərin ödənişli təhsil alan övladları 2014-2015-ci il tədris ilindən etibarən təhsil haqqından azad ediləcəklər.

“Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri və şəhid ailələrinin üzvləri Azərbaycan Prezidentinin şəhid ailələrinə olan diqqət və qayğısından söz açmışlar. Sonra A. Zeynalova görüş iştirakçıları adından şəhid ailələrinin mövcud problemlərini və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırmışdır.

Görüşün sonunda nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verilmiş, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında