Astarada kənd sakinləri ilə görüş keçirilmişdir

 

 

Ölkəmizin cənub qapısı sayılan Astarada əhali ilə keçirilən görüş və səyyar qəbullar razılıqla qarşılanır, sosial problemlərin həllinə həssaslıqla yanaşılması adamlarda dövlət orqanlarına inamı daha da artırır.

Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bu qəbildən olan növbəti görüşü Deqədi kəndində olub. 207 təsərrüfatı, 1171 nəfər əhalisi olan kənddə əsas məşğuliyyət sahələri əkinçilik, çayçılıq, sitrusçuluq və maldarlıqdır.

Görüşdə Deqədinin daxil olduğu Kijəbə qəsəbəsi üzrə ərazi icra nümayəndəsi Rafael Babayev icra başçısının ötən görüşündən sonra vətəndaşların təklif və müraciətləri ilə əlaqədar görülən işlər barədə məlumat verib.

Kənd sakinlərindən Mehdi Məmmədov, Şairağa Qasımov, Zikrulla Salayev, İbrahimxəlil Fərziyev və başqaları çıxış edərək qaldırılan bir çox məsələnin operativ şəkildə yerinə yetirildiyini razılıqla vurğulayıblar. Onlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin Deqədi-Pəlikəş avtomobil yolunun çəkilişi ilə əlaqədar sərəncam imzalamasına və yolun tikintisinin sürətlə davam etdirilməsinə görə ərazidə yaşayan əhali adından dərin minnətdarlıqlarını bildiriblər.

Çıxış edənlər yeni arzu və təkliflərini veriblər.

Q.Ağayev ən ucqar ərazilərdə belə hərtərəfli abadlıq-quruculuq işlərinin görüldüyünü diqqətə çatdırıb. O deyib ki,

12 min əhalinin rahat gediş-gəlişi üçün Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. 21 kilometr məsafəni əhatə edəcək bu yolda nəqliyyatın təhlükəsiz hərəkəti üçün hər cür şərait yaradılacaq. İcra başçısı kənd sakinlərinin qaldırdıqları məsələlərə münasibət bildirərək kəndin bütün sosial tələblərinin təmin olunacağını söyləyib.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında