Nəsimi rayonunda ilin birinci rübü uğurlu olub

 

 

Nəsimi rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, 2014-cü ilin I rübündə ölkəmizdə bütün sahələrdə dinamik inkişaf davam etmiş və yeni uğurlar əldə edilmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycanın hərtərəfli inkişafına və qüdrətli dövlətə çevrilməsinə istiqamətlənmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

2014-cü ilin ilk üç ayı Nəsimi rayonu üçün də uğurlu olmuş və yüksək nailiyyətlər qazanılmışdır. Yanvar-mart aylarında rayonda 88 milyon 529 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Rüb ərzində rayonda 595 yeni iş yeri açılmışdır.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, ilin birinci rübündə rayonda istehlak bazarının dinamik inkişafı davam etmiş, əhaliyə 270 milyon 475 min manatlıq mallar satılmış və pullu xidmətlər göstərilmişdir. Rabitə müəssisələri tərəfindən 8 milyon 960 min manatlıq xidmətlər göstərilmişdir. Nəqliyyat sektorundakı müəssisələr tərəfindən görülən iş və xidmətlərin həcmi 18,2 faiz yüksələrək 129 milyon 791 min manat təşkil etmişdir. Yanvar-mart ayları ərzində tikinti-quraşdırma təşkilatları 79 milyon 467 min manat həcmində iş yerinə yetirmişlər.

İlin I rübündə Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1818 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. 332 nəfər ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 46 və 54 saylı tam orta məktəblərdə, Bakı Slavyan Universiteti nəzdindəki Məktəb Lisey Kompleksində, 147 və 174 saylı körpələr evi-uşaq bağçalarında , Heydər Əliyev adına İdman Konsert Kompleksində, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzində əsaslı təmir işləri aparılır. 23 saylı tam orta məktəbin yeni binasının inşası yekunlaşmaq üzrədir. Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunda əsaslı təmir işləri davam edir.

2014-cü ilin ilk üç ayı ərzində Nəsimi Qaz İstismarı İdarəsi istehlakçılara 787 min 87 manatlıq qaz satmışdır. Ümumi satışın 86, əhaliyə satılmış qazın dəyərinin isə 103 faizi ödənilmişdir. Həmin dövr ərzində idarə tərəfindən 1327 mexaniki sayğac “smart-kart” tipli sayğaclarla əvəz olunmuşdur. Yanvar-mart aylarında Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən satılan elektrik enerjisinin dəyərinin 96 faizi ödənilmişdir. İdarə tərəfindən, ümumilikdə 5 min 65 metr kabel və naqillər dəyişdirilmiş, 8 transformator məntəqəsində transformatorlar daha güclüləri ilə əvəz olunmuşdur.

Rüb ərzində Nəsimi Sukanal İdarəsi tərəfindən müxtəlif ünvanlarda, ümumilikdə 1600 paqonometr su borusu, 208 paqonometr kanalizasiya xətləri çəkilib.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri davam etdirilir. Hazırda “Heydər parkı”nda əsaslı təmir işləri yekunlaşmaq üzrədir, Cavadxan küçəsində isə yeni park salınır. 9 ünvanda binaların fasadları təmir olunur, Tbilisi prospektindəki Respublika Velotrekində yenidənqurma və bərpa işləri davam etdirilir.

İstehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya tərəfindən çoxsaylı reydlər keçirilmişdir.

“Təzə Bazar” MMC və 3-cü mikrorayondakı “Kəndli yarmarkası” ərazilərində hər həftə təşkil edilən yarmarkalarda bazar qiymətlərindən aşağı kənd təsərrüfatı malları satılır.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi İnkişafı Dövlət Proqramı (2014-2016-cı illər)”nın icrası ilə əlaqədar Nəsimi rayonunda tədbirlər davam etdirilir və görülən işlər rayon rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır.

Sonra Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev, rayon enerji  təchizatı və satışı idarəsinin rəisi Ramil Yusifov və başqaları çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.

Nəsimi Rayon İcra Hakimyyətinin başçısı Nəsib Məhəməliyev iclasda yekun çıxışı etdi.

Ayaz HƏMİDOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında