Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanmışdır

 

Həştərxan vilayətinin  Beynəlxalq və Xarici İqtisadi Əlaqələr  Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Həştərxan meriyasında  Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının  tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilmişdir.

Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması  ilə bağlı olan təşkilati məsələlər müzakirə olunmuş,  bütün zəruri sənədlər təsdiq edilmişdir.  Hazırda  inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir.

Layihəyə əsasən,  240 yerlik nəzərdə tutulan uşaq bağçasının  120 yerlik birinci növbəsini  2014-cü ilin sentyabrında  IV Xəzər Zirvə Görüşünün açılışına qədər  başa çatdırmaq planlaşdırılır.  Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının  10-cu ildönümü münasibətilə bayram tədbirlərinin  keçirilməsi məsələsi müzakirə edilmişdir.  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  İctimai-siyasi  məsələlər şöbəsinin müdiri  Əli Həsənovun  rəhbərliyi ilə  rəsmi Azərbaycan nümayəndə heyəti  həmin tədbirlərdə iştirak etmək üçün  2014-cü il mayın 11-12-də Həştərxana gələcəkdir.

Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin  regional  bölməsinin sədri Ədalət Hüseynov və Həştərxan administrasiyasının  struktur rəhbərləri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında