Akademik Zərifə Əliyevanın xatirəsi yad edilmişdir

 

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi Ukraynanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoyulmaqla yad  olunmuşdur.

Bununla bağlı İrpen şəhərinə gələn Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndələri və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvləri tanınmış elm fədaisinin büstü önünə tər çiçəklər qoymaqla onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər. Anma mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin  Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov  çıxış edərək şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur bəxş edən akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışmışdır.

Tədbirdə akademik Zərifə Əliyevanın  şərəfli ömür yolundan bəhs olunmuşdur. Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli  ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın adı ölkəmizdə əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrildiyi vurğulanmışdır. İrpen şəhərində akademikin adına salınan istirahət parkının və burada ucaldılan büstünün  Azərbaycan ilə Ukrayna arasında dostluğun rəmzinə çevrildiyi diqqətə çatdırılmışdır.

Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğu vurğulanmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında