Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Goranboy şəhərində vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Goranboy şəhərində vətəndaşları qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında keçirilən qəbulda Goranboy, Tərtər, Bərdə rayonlarının sakinləri, eləcə də Laçın və Xocalı rayonlarından olan məcburi köçkünlər iştirak etmişlər.

 Komitə sədri qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyərək onların müraciətlərinin həlli üçün müvafiq göstərişlər vermişdir. Müraciətlər, əsasən, əlil uşaqların müalicəsi, qızların təhsildən yayınması, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadınların işlə təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı olmuşdur.

Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmişdir. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında