Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir

 

 

 

Respublikamızın gömrük orqanları qaçaqmalçılıq hallarına, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Belə ki, Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilib realizə olunacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həyata keçirilmiş müvafiq əməliyyat tədbiri nəticəsində  Azərbaycan Respublikasının vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu Biləsuvar Gömrük İdarəsi  “Qoşa Təpə” gömrük postu-Biləsuvar avtomobil yolunun təqribən 3 kilometrliyində yerləşən ehtiyat su anbarının qarşısında, kolluqların arasından, 1 ədəd torbada içərisində üzəri yapışqanlı lentlə sarınmış 3 ədəd bağlamada, külli miqdarda 2 kiloqram 690 qram həşiş qətranı və digər 3 ədəd bağlamada, külli miqdarda 2 kiloqram 645 qram tiryək  narkotik vasitələrini       satmaq məqsədilə götürərkən yaxalanmışdır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi başlanmışdır.

Azərbaycan Respublikasının vətəndaşı Talıbov Kamil Mirhüseyn oğlu şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ona ittiham elan edilərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında