Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində...

 


İş yeri və əməkhaqqı barədəarayış təqdimi asanlaşacaq

Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin tətbiqi nəticəsində işçi vətəndaşların bu və ya digər məsələlərlə əlaqədar iş yerləri və ya əmək haqları barədə arayış təqdim etmələri işi xeyli asanlaşacaqdır.

Belə ki, hər hansı vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əməkhaqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əmək haqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək. Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın  e-ünvanına da  göndərə biləcək.  Xatırladaq ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işləri aparılmaqla sistemin təkmilləşdirilməsi işləri aparılır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaqdır.

Həmçinin nazirlik  Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında" qərar layihəsinin hazırlanması işlini başa çatdırmışdır.

144 nəfər əlilliyi olan şəxsə əlil arabaları verilmişdir

Cari ilin ilk rübü ərzində Bakı Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 144 nəfər əlilliyi olan şəxs əlil arabaları ilə təmin olunmuşdur.

Bu müddətdə mərkəz və onun Gəncə şəhərindəki filialı, eləcə də Naxçıvan istehsalat sahəsi tərəfindən müxtəlif növlərdə ümumilikdə 4881 ədəd protez-ortopedik məmulat hazırlanaraq qeyd olunan şəxslərin istifadəsinə verilmiş, müraciətlər əsasında 204 ədəd protez-ortopedik məmulat təmir edilmişdir.   Həmçinin bu ilin yanvar-mart aylarında Bakı Protez-Ortopedik Bərpa Mərkəzi və onun Gəncə filialının mürəkkəb protezləşdirmə stasionarlarında 176 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilmişdir.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında