Saatlı rayonunun sakinləri pulsuz müayinə və müalicə olunacaqlar

 

 

Aprelin 12-də Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik  Əhliman Əmiraslanov Saatlı rayonundan olan seçiciləri ilə görüşmüşdür.

Universitetin mətbuat xidmətindən bildirmişlər ki, görüş zamanı Əhliman Əmiraslanov  son illər bölgələrdə, o cümlədən Saatlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə danışmışdır.

Daha sonra rayonun Varxankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli və digər kəndlərdən olan seçicilərin səhhətlərində üzləşdikləri problemlər, həmçinin orta məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, suvarma, qaz və digər məsələlərlə bağlı müraciətlərinə baxılmışdır.

Şəkərli diabet, göz, oynaq xəstəliklərinin müayinəsi və müalicəsi, bundan əlavə, bir neçə nəfərin, o cümlədən onkoloji xəstəliyi olan seçicinin  pulsuz əməliyyat olunması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında