İsmayıllıda ağac əkini, təmizlik, abadlıq işləri davam edir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar həyata keçirilən tədbirlər sırasında ağac əkini, təmizlik, abadlıq işlərinin aparılması öndə durur. Bu vacib işlərin yüksək səmərə verməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənovun başçılığı ilə qərargah yaradılıb. Qərargahın təşkilatçılığı ilə bu tədbirlərin icrasında 36 bələdiyyə və 38 inzibati ərazi dairəsi üzrə nümayəndəlik, məktəb kollektivləri fəal iştirak edirlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar iki gün ərzində 9 min 100 ədəd ağac əkilib. Bu dəyərli aksiya İsmayıllı-Muğanlı və İsmayıllı-Qaraməryam magistral yollarının kənarlarında həyata keçirilib.

Yeni ağaclar aqrotexniki qaydalara tam əməl edilməklə əkilir. Qorunması üçün yeni əkin sahələrinin ətrafları hasarlanır, suvarma mənbələri müəyyənləşdirilir. Əkin zamanı yerli iqlimə daha çox uyğun olan xan çinarı, ağcaqayın, qovaq, göyrüş, akasiya, lapan, cökə və digər cinsdən olan ağac şitillərindən istifadə edilir. Aksiyada rayonun bütün idarə və müəssisələri yaxından iştirak edir. İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Rayon Baytarlıq İdarəsi, 12 saylı Yol Yaşıllaşdırma MMC keçirilən tədbirdə daha yüksək fəallıq göstərib.

Rayonun bütün təşkilatları ilə birgə “ADA” Universitetinin “Ağac əkək, təbiətə pay verək” təşəbbüsünə qoşularaq mart ayının birinci yarısından müxtəlif ərazilərdə ağac əkininə başlanılıb. Davam edən ağac əkini aprelin sonuna qədər dağlıq zonada yerləşən yaşayış məntəqələrini də əhatə edəcəkdir.

Bütün parklarda, bağlarda, yol kənarlarında, məktəb sahələrində, şəhər ərazisində  ağaclar ağardılıb, ehtiyac olanlarına forma verilib. Ağac əkini, təmizlik və abadlıq işləri davam edir.

İ.MUSAOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında