Binəqədi rayonunda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir

 

 

Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliklərinin, eləcə də respublika Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissədə “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva  demişdir ki, Azərbaycan  müharibə şəraitində yaşayan bir ölkə olduğu üçün respublikamızda  gənclərin həm fiziki cəhətdən güclü olmalarına, həm də hərbi sirlərə dərindən yiyələnmələrinə mühüm önəm verilir.  Məhz bu məqsədlə  orta məktəblərdə hərbi hazırlıq dərslərinin keyfiyyətli  tədrisi diqqət mərkəzində saxlanılır, hərbi-vətənpərvərlik oyunlarının təşkilinə  xüsusi əhəmiyyət verilir.

Aygün Əliyeva  vurğulamışdır ki, məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsi yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasına müsbət təsir göstərir. “Cəsurlar”, “Şahin” kimi oyunların keçirilməsində məqsəd şagirdlərdə cəsarət, cəldlik, mübarizlik, qələbə uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Təbii ki, oyundursa və burada bir-biri ilə rəqabətdə olan 3-5 komanda iştirak edirsə, uşaqlarda qələbə qazanmaq əzmi formalaşır və daha bacarıqlı olanlar uğur əldə edirlər. Təqdirəlayiq haldır ki, bu cür oyunlar ölkəmizdə, o cümlədən Binəqədi rayonunda  vaxtaşırı keçirilir.

Rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov  bildirmişdir ki, “Şahinlər” hərbi-idman oyunlarının keçirilməsinin məqsədi yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını təmin etməkdir.

Mərasimdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon idarəsinin rəisi Mehman Qurbanov, rayon Veteranlar Şurasının sədri Telman Hətəmov və başqaları yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində  “Şahinlər” hərbi-idman oyunlarının mühüm rol oynadığını diqqətə çatdırmışlar.

Sonda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyinin qalibləri  mükafatlandırılmışlar.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında