Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilmişdir

 

 

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilmişdir. 

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarına böyük maddi və mənəvi dəstək olmuş, istifadəsiz qalmış torpaqların əkin dövriyyəsinə cəlb olunmasına, əkin sahəsinin və istehsalın artmasına şərait yaratmışdır. 2007-ci ildən başlayan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi prosesi indi də davam etdirilir. Bu məqsədlə 2014-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə yardımın verilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulmuşdur.

Respublika Komissiyasına 58 rayon (şəhər) komissiyasından ötən il dekabrın 1-i tarixinə istehsalçıların siyahıları (2 nömrəli əlavə cədvəllər) və onlara hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar (3 nömrəli əlavə cədvəllər) daxil olmuşdur.

Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 149 min 849 istehsalçıya çatacaq 20153483,20 məbləğində yardım ayrılması barədə qərar qəbul etmişdir. 

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilmişdir.

Eyni zamanda, komissiya 6 satıcı təşkilat, o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “Mikro Az Feed” MMC, “ABİS ALARCO” MMC, “Aqro Kompleks Qəbələ” MMC   və “İ.E.R. LTD” MMC   üzrə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2-ci, 2.3-cü və 2.8-ci maddələrinə və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 135 nömrəli qərarının 2.1-ci, 2.3-cü və 5-ci  maddələrinə uyğun olaraq, 14 min 697 nəfər istehsalçıya 92077,56 hektara görə 50 faiz güzəştlə satılmış 14760,8  ton mineral gübrə üçün 4 milyon 12 min manata qədər  dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi  məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında