Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınan maşın, avadanlıq və digər vasitələrin təqdimatı olmuşdur

 

 

Aprelin 11-də Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun ərazisində dövlət büdcəsinin Ehtiyat Fondundan üç istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsait hesabına alınan maşın, avadanlıq, dərman preparatları və digər vasitələrin təqdimatı olmuşdur.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahədə aparılan məqsədyönlü islahatlardan, dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əldə edilən nailiyyətlərdən danışmışdır. Nazir bildirmişdir ki, respublikanın ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müasir avadanlıqla təmin edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2,5 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına lazımi avadanlıq alınmış və ölkəmizə gətirilmişdir. Bu vasitələr 105 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının müasir avadanlıqla təminatı deməkdir. Eləcə də ayrılmış vəsait hesabına alınmış avadanlığın 1 dəsti Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsi tələbələrinin təlim keçmələri, 1 dəsti isə Naxçıvan Muxtar  Respublikası Dövlət Baytarlıq Xidməti üçün ayrılmışdır.

H.Əsədov vurğulamışdır ki, ölkəmizdə ilkin baytarlıq yardımı üçün dövlət büdcəsinin Ehtiyat Fondundan 2 milyon 350 min manat vəsait ayrılmışdır. Bu vəsait hesabına 18 “DUK” maşını, 100 yedəkli motosiklet, 2 min mühərrikli çiləyici, müalicəvi dərmanlar, heyvanları çimizdirmə maddələri, xəstəliyin təyini üçün diaqnostikumlar və dezinfeksiya maddələri alınmışdır.

Nazir bildirmişdir ki, bioloji preparat və diaqnostikumların saxlanması, daşınması zamanı lazımi temperatur rejiminin gözlənilməsi məqsədilə “Soyuq zəncir sistemi”nin tətbiqi üçün  avtorefrijerator maşın, soyuducu kamera və digər zəruri vasitələrin alınmasına dövlət büdcəsinin Ehtiyat Fondundan 1,2 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına maşın və avadanlıq alınaraq ölkəyə gətirilmişdir.

Alınan maşın və avadanlıq bölgü əsasında baytarlıq xidmətinin müvafiq qurumlarına paylanmışdır.

Heydər Əsədov alınmış maşın, avadanlıq, dərman preparatları və digər vasitələrə baxış keçirmişdir. Rayon baytarlıq idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verən nazir bildirmişdir ki, alınan bu maşın və avadanlıqdan səmərəli istifadə edilməlidir.

Bu cür tədbirlər davam etdiriləcəkdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında