ABŞ-ın "Newsweek" jurnalının rəyinə əsasən Azərbaycan dünyanın 100 ən yaxşı ölkəsi reytinqinə daxil olunmuşdur

ABŞ-ın "Newsweek" ictimai-siyasi jurnalı dünyanın ən yaxşı 100 ölkəsinin reytinqini tərtib etmişdir. Azərbaycan yüzlükdə 69-cu yeri tutmuşdur.
Azərbaycan siyahıda İran, Venesuela, Misir, Hindistan və digər ölkələri qabaqlamışdır. Dünyanın ən yaxşı ölkəsi Finlandiya seçilmişdir. İkinci-üçüncü yerləri müvafiq olaraq İsveçrə və İsveç tutmuşlar. İlk onluqda Avstraliya, Lüksemburq, Norveç, Kanada, Niderland, Yaponiya və Danimarka qərarlaşmışlar. ABŞ reytinqdə 11-ci olmuşdur.
MDB və qonşu ölkələr arasında Ukrayna 49-cu, Rusiya 51-ci, Türkiyə 52-ci, Belarus isə 56-cı yerdədir.
Jurnal 100 ölkəni 5 kateqoriya- səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə etmişdir. Azərbaycan ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə almışdır.
Ən yaxı təhsil sistemi Finlandiyada, səhiyyə Yaponiyada, həyat səviyyəsi isə Norveçdədir. İqtisadi inkişafın artım dinamikasına görə Sinqapur liderdir. Siyasi vəziyyətə görə isə birinci yeri İsveç tutmuşdur.
Yüz ölkə arasında ən geridə qalan dövlətlər isə Burkina-Faso, Nigeriya və Kamerundur. Ermənistan isə dünyanın ən yaxşı ölkəsi reytinqinə ümumiyyətlə düşməmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında