Londonda “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılmışdır

 

Londonun “Oxo Tower Wharf” məkanının qalereyasında “VII Photo” təşkilatı və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) birgə təşkilatçılığı ilə məşhur sosial və siyasi fotojurnalist Ed Kaşinin ölkəmizin qaçqın və məcburi köçkünlərinin həyat tərzindən bəhs edən şəkillərindən ibarət “Həyata keçirilməyən arzular: Azərbaycanın qaçqınları və məcburi köçkünləri” adlı sərgi açılmışdır.

Sərginin açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ölkəmizin və Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak etmişlər.

AAC-ın sədri Taleh Heydərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirmişdir. Onların çətin və acınacaqlı həyat tərzi haqqında məlumat verən AAC-ın sədri, yurd-yuvalarından didərgin düşən bu insanlar haqqında dünya ictimaiyyətini məlumatlandırmağın vacibliyini diqqətə çatdırmışdır. T.Heydərov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. AAC sədri bildirmişdir ki, münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün dövlət tərəfindən humanitar proqramlar da həyata keçirilir.

Sonda T.Heydərov fotojurnalist Ed Kaşiyə təşəkkürünü bildirmiş, tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə və doğma torpağımız Qarabağda yeni şəkillərin çəkiləcəyinə ümidvar olduğunu vurğulamışdır.

Fotojurnalist Ed Kaşi Azərbaycan haqqında təəssüratlarını iştirakçılar ilə bölüşmüş, şəkilləri çəkərkən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat tərzi barədə əldə etdiyi məlumatlardan  danışmışdır. Qaçqın və məcburi köçkünlər arasında xüsusilə gənc nəslin öz doğma yurd yuvalarına qayıtmaq arzusunu dilə gətirmişdir. Bütün qaçqın və məcburi köçkünlərimizin gələcəyə ümidlə baxdığı xüsusi vurğulanmışdır.

Sərgidə təqribən 875 min azərbaycanlı məcburi köçkünün əzab-əziyyətlərindən bəhs edən sənədli fotoşəkillər nümayiş etdirilir. Bu təsiredici şəkillər 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün kimi yaşayan insanların həyat xronikalarıdır.

Sərgi aprelin 13-dək davam edəcəkdir.

Orxan İSMAYILOV

AzərTAc-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında