Milli Məclisin bir qrup deputatı Pakistanın Azərbaycandakı səfiri ilə görüşmüşdür

Avqustun 18-də Milli Məclisin bir qrup deputatı Pakistanda baş vermiş təbii fəlakətlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində olmuşdur.
Nümayəndə heyətinin tərkibində Milli Məclisin komitə sədrləri - YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, Hadi Rəcəbli, YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı, parlamentin deputatları - YAP Siyasi Şurasının üzvü Musa Quliyev və Cavanşir Paşazadə olmuşlar.
Milli Məclisin deputatları Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmidlə görüşmüşlər. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Pakistanda güclü təbii fəlakət nəticəsində baş vermiş çoxsaylı insan tələfatına görə səfirə işçi qrupu adından başsağlığı vermişdir. E.İbrahimov bildirmişdir ki, Azərbaycan və Pakistan dost ölkələrdir, hər iki dövlət arasında güclü əlaqələr mövcuddur. Pakistanda çoxsaylı insan tələfatı və güclü dağıntılarla nəticələnmiş təbii fəlakətin baş verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanmışdır.
E.İbrahimov Azərbaycanın dost və qardaş dövlətə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım ayırdığını diqqətə çatdırmışdır. Baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatı ilə əlaqədar Pakistan hökumətinə və xalqına Yeni Azərbaycan Partiyası adından ünvanlanmış başsağlığı məktubu səfir Abdul Həmidə təqdim edilmişdir.
Səfiri Əbdul Həmid göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan və Pakistan dost və qardaş ölkələr olaraq hər zaman bir-birilərini dəstəkləmişlər. Təbii fəlakətin miqyası haqqında məlumat verən Əbdul Həmid ölkəsinin tarixində indiyədək belə hadisənin olmadığını vurğulamışdır.
Görüşün digər iştirakçıları da çoxsaylı insan tələfatı ilə əlaqədar səfirə başsağlığı vermiş və Pakistan xalqının bu sınaqdan çıxacağına inandıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında